"İnter" hücumçusu Mauro İkardi ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "neradzurra" Argentina millisinin üzvünü transferə çıxarıb.

İkardi özü komandada qalmaq istəsə də, yeni baş məşqçi Antonio Kontenin gələcəklə bağlı planlarında yoxdu. Milanlılar hücum xətti üçün "Roma"lı Edin Dzeko ilə ilkin razılıq əldə edib, həmçinin "Mançester Yunayted"dən Romelu Lukakunu almağa çox yaxındı.

Qeyd edək ki, Mauro İkardinin "İnter"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest