Məşqçimiz bu oyunda mənə 30 dəqiqə şans verdi, bu, onun qərarıdır. Düşünürəm ki, 45 dəqiqə şans versəydi, daha yaxşı ola bilərdi. Amma qərarları məşqçi verir, bu haqda bir şey deyə bilmərəm.

"Bizim üçün ən vacibi standart vəziyyətlər idi, buna yaxşı hazırlaşmışdıq. Bilirdik ki, rəqibin ən üstün cəhəti bu idi. Amma ki, standart vəziyyətdən 2 qol buraxdıq, buna görə üzülürük". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Ağabala Ramazanov AVRO 2020-nin seçmə mərhələsinin III turunda evdə Macarıstana 1:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

26 yaşlı futbolçu sonra jurnalistlərin suallarını cavablandırıb.

- öz oyununuz barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, öz oyunum barədə danışmaq düz olmaz. Buna siz, kənardan baxanlar qiymət verməlidir. Mən komandam üçün əlimdən gələn hər şeyi etməyə çalışdım.

- Düşünmürsünüzmü, meydana daha erkən daxil olsaydın, nəticə daha yaxşı ola bilərdi?

- Məşqçimiz bu oyunda mənə 30 dəqiqə şans verdi, bu, onun qərarıdır. Düşünürəm ki, 45 dəqiqə şans versəydi, daha yaxşı ola bilərdi. Amma qərarları məşqçi verir, bu haqda bir şey deyə bilmərəm.

- Bu məğlubiyyət azarkeşləri stadiondan uzaqlaşdıracaqmı?

- Biz onlardan daha çox üzülürük. Onlar olmasa, bizim üçün çox çətin olar. Fikrimcə, stadiona gəlsinlər, bizi dəstəkləsinlər, bizi tək qoymasınlar. Azarkeşləri başa düşürük, bizdən həmişə qələbə, yaxşı nəticə gözləyirlər, biz də əlimizdən gələni edirik. Bizi dəstəkləsinlər, onları stadionda görmək istəyirik.

- Slovakiya millisinin heyətində daha adlı-sanlı, güclü futbolçular var, növbəti matçda hansı nəticəni gözləməliyik?

- Yaxşı nəticəyə köklənək, oyun nələrin olacağını göstərəcək.

- Artıq 2 matçda məğlub olmusunuz, 8 oyunun hamısında məğlub olmaq qorxusu varmı?

- Bu barədə düşünmürük. Növbəti oyunlar barədə düşünürük, çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest