Aç-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də, saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyundan bir gün öncə baş tutacaq hər iki mətbuat konfransı və məşq görüşün keçiriləcəyi arenada təşkil olunacaq.

10 iyun

Azərbaycan milli komandası

Saat 18:00. Mətbuat konfransı

Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Slovakiya milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest