Mövsümün sonunda "Alanyaspor"dan ayrılan Sərgən Yalçının yeni klubu bəlli olub. Matc.az saytının məlumatına görə, Türkiyə millisinin keçmiş üzvü fəaliyyətini "Malatyaspor"da davam etdirəcək.

Bu barədə klubun prezidenti Adil Gevrek yerli mətbuata açıqlamasında deyib. O, Sərgən Yalçınla razılaşdıqlarını və yaxın zamanda 2 illik rəsmi müqavilə imzalayacaqlarını deyib.

Maraqlıdır ki, "Malatyaspor"un keçmiş baş məşqçisi Erol Bulut isə bir neçə gün öncə əks marşrutla hərəkət edərək "Alanyaspor"la anlaşmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest