Yay fasiləsində "Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni komandası müəyyənləşmək üzrədi. Müdafiəçi vətəninə dönəcək. Adı "Neftçi" ilə birgə hallanan 33 yaşlı oyunçu karyerasının son illərini Polşada keçirmək niyyətindədi.
Yay fasiləsində "Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni komandası müəyyənləşmək üzrədi. Matc.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, müdafiəçi vətəninə dönəcək.
Adı "Neftçi" ilə birgə hallanan 33 yaşlı oyunçu karyerasının son illərini Polşada keçirmək niyyətindədi. O, Ekstraklasa təmsilçisi Plotsk "Visla"sı ilə danışıq aparır. Geridə qalan mövsüm elitadakı yerini son anda təmin edən "Visla" heyətini gücləndirmək üçün bir neçə təcrübəli oyunçu transfer edəcək. Plotsk klubunun rəhbərliyi Jezniçakla da anlaşmağa çox yaxındı.
Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"a 2017-ci ildə "Legiya"dan keçmişdi.