"Yuventus"un hücumçusu Kriştianu Ronaldo "Ayaks"ın kapitanı Matteys de Liqti komandasına dəvət edib. Matc.az saytı xəbər verir ki, bunu gənc müdafiəçi özü deyib.

O, UEFA Millətlər Liqasının Portuqaliya - Hollandiya (1:0) finalından sonra Ronaldonun yaxınlaşaraq, "Yuventus"a keçib-keçməyəcəyini soruşduğunu söyləyib: "Onun sözlərindən şok oldum. çünki məğlub olmuşduq, məyus durumda idim. Ronaldoya heç bir cavab vermədim, sadəcə gülümsədim. Bir qədər istirahətə ehtiyacım var. Ondan sonra seçimimi edəcəm".

Qeyd edək ki, Matteys de Liqt uğrunda əsas rəqiblər "Barselona" və PSJ-di.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest