"Bakı təkcə isti yox, həm də yüksək rütubət var. Ancaq bununla bağlı təcrübəyə malikik, bizi nəyin gözlədiyini bilirik". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının həkimi Szolt Ferqiveres deyib.

AVRO-2020-nin seçmə qrup mərhələsində Azərbaycan millisinin qonağı olacaq Slovakiya dünən paytaxtımıza gəlib.

Komandanın həkimi yerli mətbuata açıqlamasında hava şəraiti ilə bağlı futbolçuların daha çox su qəbul edəcəyini bildirib: "Tibbi baxımdan ən böyük problem su çatışmazlığıdı. Buna da Slovakiyada hazırlaşmışdıq. ötən şənbə günündən futbolçulara öyrəşdikləri maye qəbulundan daha çoxunu verməyə başladıq. Oyunçularımız nə qədər peşəkar olsalar da, Azərbaycanda təəccüblənmək istəmirik. Futbolçular üçün fərqli qidalar, əlavə vitaminlər və içkilərimiz var. Onların mümkün qədər çox maye qəbul etmələrinə çalışırıq. Baş məşqçimiz də hər gün qidalara nəzarət edir. Klassik Avropa yeməkləri olacaq. Bu baxımdan bir problem yoxdu".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest