Futbol üzrə İsveç çempionatında mövsümün qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, "Myelbyu" mövsümün bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

"Sarı-qaralar" 27-ci turda səfərdə "Göteborq"u 2:0 hesabı ilə məğlub edib. Onlar ən yaxın izləyiciləri "Hammarbü"nü 11 xal qabaqlayır.

Qeyd edək ki, 1939-cu ildə yaradılan "Myelbyu" tarixi ərzində ilk dəfə İsveç çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest