Almaniyanın yüksək tirajlı "Kicker" nəşri müxtəlif nominasiyalar üzrə ən yaxşıları müəyyənləşdirib. Matc.az xəbər verir ki, Bundesliqada çıxış edən futbolçular arasında aparılan səsvermədən maraqlı nəticələr üzə çıxıb.

Onlar ən yaxşı oyunçu kimi "Bayer"li Kay Havertsi görüblər. 20,8% səs toplayan Haverts Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu (20%) üstələyib. Dünyanın ən yaxşı baş məşqçisi "Liverpul"un çalışdırıcısı Yurgen Klopp olub. Almaniyalı mütəxəssis 66% səs toplayıb. Onu 18,4%-lə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola izləyib.

Futbolçuların 88%-i İngiltərə Premyer Liqasını dünyanın ən güclü çempionatı hesab edib. Bundesliqa və La Liqa 5,6% səs toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest