"Lester"in müdafiəçisi Qarri Maquayr klubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Mançester klubları İngiltərə millisinin üzvünü istəyir.

"Lester" 2023-cü ilə qədər müqaviləsi olan oyunçunu satmaq fikrində deyil. Ancaq "Mançester Yunayted"in 80 milyon avroluq təklifi onların qərarını dəyişə bilər. Həmçinin "Mançester Siti" də qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Qarri Maquayr "Lester"ə 2017-ci ildə 13,7 milyon avroya "Hall Siti"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest