"Mançester Yunayted" "Brayton"un yarımmüdafiəçisi Karlos Baleba üçün yenidən hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" yayda transfer edə bilmədiyi kamerunlu dayaq yarımmüdafiəçisi üçün yanvar ayında yenidən onun klubuna müraciət edəcək. "Mançester Yunayted" 21 yaşlı futbolçu üçün 90 milyon funt-sterlinqlik təklif göndərəcək/

Qeyd edək ki, Karlos Baleba bu mövsüm "Brayton"un heyətində 13 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest