"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adına aydınlıq gəlib. Bunu Madrid klubunun icraçı direktoru Migel Anxel Xil Marin deyib. O bildirib ki, Fransa millisinin üzvü karyerasını "Barselona"da davam etdirəcək.

"Atletiko"nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bunu Madrid klubunun icraçı direktoru Migel Anxel Xil Marin deyib.

O bildirib ki, komandadan ayrılmaq qərarını açıqlayan Fransa millisinin üzvü karyerasını PSJ-də yox, "Barselona"da davam etdirəcək: "Hələ mart ayında biz bilirdik ki, Qrizmann "Barselona"ya keçəcək. O, gələn mövsümdən bu komandada oynayacaq".

Qeyd edək ki, bu transferin iyulun əvvəllərində rəsmən açıqlanması gözlənilir. Transfer Kataloniya klubuna 120 milyon avroya başa gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest