Transfer çalışmalarını davam etdirən "Zirə" daha bir oyunçu ilə anlaşıb. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Belə ki, "Qarabağ"ın yarımmüdafiəçisi Nicat Süleymanov bakılılarla müqavilə bağlayıb. Qəsəbə təmsilçisi 20 yaşlı oyunçunu mövsümün sonuna kimi icarəyə götürüb.

Qeyd edək ki, U-21 millimizin üzvü Nicat Süleymanovdan əvvəl "Zirə" Elvin Məmmədov, Cavid Hüseynov və Elvin Camalovu heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest