"Fənərbaxça" "Barselona"nın iki futbolçusu ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə Türkiyənin "Haberler" nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu müdafiəçi Andreas Kristensen və hücumçu Robert Levandovskini transfer etmək istəyir. Kristensen artıq klubunu dəyişmək istədiyini bildirib.

Bundan əlavə, Türkiyə təmsilçisinin nümayəndələri Levandovskinin agentləri ilə əlaqə saxlayıblar. Polşalı hücumçunun Kataloniya klubunda qalmaq istədiyi barədə əvvəllər yayılan xəbərlərə baxmayaraq, karyerası üçün müxtəlif variantları istisna etmədiyi bildirilir.

Qeyd edək ki, Levandovski və Kristensenin müqavilələri 2026-cı ilin iyun ayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest