"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori zədə səbəbindən İtaliya millisinin düşərgəsini tərk edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Kalafiorinin bud nayihəsindən zədəsi var, lakin "Arsenal" bunu ciddi hesab etmir. Buna görə də, oyunçu sabah DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Norveçə qarşı oynamayacaq.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün yarışlarda 12 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest