"Barselona" "Bavariya"nın müdafiəçisi Deotşankul Upamekano və "Borussiya"nın müdafiəçisi Niko Şlotterbeklə bağlı məlumat toplayır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Münhen klubunun 25 yaşlı oyunçusu kataloniyalılara 40 milyon avroya başa gələ bilər. Upamekanonun alman nəhəngi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir, ona görə də "Barselona"ya pulsuz keçidi istisna edilmir.

"Barselona" "Bavariya"nın hücumçusu Harri Keyn və "Borussiya"nın forvardı Seru Qirassini də izləyir. Hər iki oyunçu 65 milyon avroya başa gələ bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest