İsrail üçüncü divizionunda oynayan "Yeremiahu Holon" gənclər komandasının oyunçusu rəqib futbolçunu döydüyünə görə 99 il müddətinə diskvalifikasiya edilib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "One" paylaşıb.

Adı açıqlanmayan 17 yaşlı oyunçu İsrail gənclər liqası matçından sonra soyunma otağının yaxınlığında rəqibinə hücum edib və onu döyməyə başlayıb. Hadisə müşahidə kameraları tərəfindən qeydə alınıb.

Klub 700 avro cərimə olunub. Həmçinin şərti olaraq bir il müddətinə 3 xal silinmə cəzası alıb.

"Yeremiahu Holon" diskvalifikasiya qərarını dəstəkləyib və oyunçunun heyətdən kənarlaşdırılması qərarını alıb. Lakin qeyd ediblər ki, münaqişəni xəsarət alan futbolçu təhrik edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest