"Həm hücumda, həm də müdafiədə komandaya töhfə verə biləcəyimi göstərmək üçün hər fürsətdə əlimdən gələni etməyə çalışıram".

Fransa millisinin futbolçusu Maqnes Akliuş DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunun Azərbaycanla matçından (3:1) sonra açıqlama verib.

Matc.az xəbər verir ki, komandasının 2-ci qolunu vuran "Monako"nun 23 yaşlı vingeri xoşbəxt olduğunu bildirib:

"Qürur duyuram. Gənclər yığmasında oynadıqdan sonra əsas millidə qol vurduğum üçün xoşbəxtəm. Özümü getdikcə daha çox adaptasiya olmuş kimi hiss edirəm. Hamı ilə yaxşı yola gedirəm ki, bu da vacibdir və bu, meydanda özünü göstərir. Həm hücumda, həm də müdafiədə komandaya töhfə verə biləcəyimi göstərmək üçün hər fürsətdə əlimdən gələni etməyə çalışıram. Qusto bu matçda əla idi. Onun keyfiyyətlərini bilirik və o, Azərbaycanla görüşdə bunu nümayiş etdirdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest