"Napoli" güclü komandadır. Bilirik ki, İtaliya çempionu olublar. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Biz öz oyunumuzu göstərəcəyik".
"Qarabağ"ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Napoli" ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştiraak edib.
Matc.az monteneqrolu yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:
- "Napoli" güclü komandadır. Bilirik ki, İtaliya çempionu olublar. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Biz öz oyunumuzu göstərəcəyik. Məqsədimiz maksimumumuzu verməkdir. Böyük komandalarla matçlarda qalib gəlmək də olar, uduzmaq da. Necə olacağını sabah görəcəyik.
- Antonio Konte deyib ki, "Qarabağ" Çempionlar Liqasında sürpriz edən komandadır. Sabah istədiyiniz nəticəni qazana biləcəyinizə inanırsız?
- Bunun üçün çalışacağıq. Çətin olacaq. "Napoli" öz evində oynayır. Bizim də öz ambisiyalarımız var. 7 xal toplamışıq. Ən yaxşı komandalara qarşı oynaya bildiyimizi göstərdik. Ümid edirəm ki, sabah da yaxşı nəticə əldə edə bilərik.
- Bir neçə il "Napoli"yə qarşı oynamısan. Həmin dövrlə müqayisədə komanda nə qədər dəyişib?
- İndi başqa komandadır. Onlar İtaliya çempionudur, möhtəşəm oyunçuları var. Nə deyə bilərəm? "Napoli" həmişə güclü komanda olub. Bu gün müəyyən fərqlər var. Məqsədimiz yaxşı oyun göstərmək və yaxşı nəticə qazanmaqdır.







_1764068986.jpg)




