"Qızıl Top"un sahibi Usman Dembele mövsümə dair planları haqqında danışıb.

Matc.az xəbər verir ki, fransalı vinger PSJ-nin əsas liderlərindən biri olmağa hazır olduğunu izah edib.

"Mövsümün əvvəlində məşqçi heyəti ilə danışdım. Onlar mənə izah etdilər ki, lider olmalı və nümunə göstərməliyəm. Söhbət gizlənməkdən getmirdi. 28 yaşında insan yetkin və məsuliyyətli olmalıdır. Bu il üçün məqsədlərim dəyişməz qalır. PSJ ilə hər şeyi qazanmaq istəyirik. Yenidən Çempionlar Liqasını əldə etmək niyyətindəyik və buna motivasiyalıyıq".

Qeyd edək ki, PSJ Çempionlar Liqası Liqa mərhələsinin V turunda səfərdə "Tottenhem"in qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest