25 Noyabr 2025, 10:38
FUTBOL
UEFA Gənclər Liqasının əsas mərhələsində V turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, bu gün "Qarabağ"ın U-19 komandası da meydana çıxacaq.
Azərbaycan təmsilçisi səfərdə "Napoli"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki matçlarda "Benfika" (1:7), "Kopenhagen" (0:5), "Atletik" (0:3) və "Çelsi"yə (0:5) uduzub.
UEFA Gənclər Liqası
25 noyabr
18:00. "Napoli" - "Qarabağ"
Baş hakim: Dominik Stari
Baş hakimin köməkçiləri: Lukaş Slaviçek, Jozef Suma
Dördüncü hakim: Luka Massimi







_1764068986.jpg)




