25 Noyabr 2025, 11:50
FUTBOL
"Eversberq"in hücumçusu Yunes Ebnutalib Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.
Matc.az xəbər verir ki, almaniyalı futbolçunun xidmətində maraqlı olan klublar arasında "Ayntraxt" və "Vilyarreal" da var. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İspaniya və Almaniya təmsilçiləri Ebnutalibi yanvar ayında heyətinə qatmaq üçün onun klubu ilə danışıqlara başlayıb. II Bundesliqada mübarizə aparan "Elversberq" 22 yaşlı forvard üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Yunes Ebnutalib bu mövsüm "Elversberq"in heyətində keçirdiyi 15 oyunda 10 qol vurub.




_1764076315.jpg)






_1764068986.jpg)
