25 Noyabr 2025, 12:30
FUTBOL
"Real"ın bəzi futbolçularının baş məşqçi Xabi Alonso ilə münasibətləri korlanıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Komandada 44 yaşlı mütəxəssisin qovulmasını istəyən birr çox oyunçu var. Klub rəhbərliyində təmsil olunan bəzi şəxslər də baş məşqçi ilə yolların ayrılmasının tərəfdarıdır.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən "Real"ı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv La Liqada liderdir. "Kral klubu" Çempionlar Liqasında isə 4 turdan sonra 9 xal toplayıb.




_1764076315.jpg)






_1764068986.jpg)
