"Çelsi"nin hücumameylli yarımmüdafiəçisi Koul Palmer ümumi qrup məşqlərinə qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə londonluların baş məşqçisi Entso Mareska məlumat verib. O, futbolçunun zədədən sonrakı durumunu Çempionlar Liqasının əsas mərhələsinin V turunun "Barselona" ilə oyundan əvvəl şərh edib.

İtalyan mütəxəssisin sözlərinə görə, 23 yaşlı ingiltərəli oyunçu artıq meydanda çalışır və topla məşqlər edir.

"Palmerin nə vaxt tam bərpa olunacağını dəqiq bilmirik. Lakin bunun tezliklə baş verəcəyinə inanırıq. O artıq meydandadır, topla işləyir və özünü yaxşı hiss edir. Hazırda yalnız sabahkı oyuna fokuslanmışıq. Bu, Çempionlar Liqasında "Barselona"ya qarşı matçdır. Diqqətimiz tam olaraq həmin oyundadır. Daha sonra "Arsenal"la görüşü düşünəcəyik. Onun bu oyunlar üçün hazır olacağını düşünmürəm. Amma özünü yaxşı hiss edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest