25 Noyabr 2025, 21:14
FUTBOL
FİFA İntizam Komitəsi Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 2026-cı il dünya çempionatının seçmə mərhələsində İrlandiyaya qarşı oyunda meydandan kənarlaşdırılmasından sonra bir oyunluq diskvalifikasiya qərarı verib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
40 yaşlı futbolçu artıq diskvalifikasiya cəzasını çəkib, çünki seçmə mərhələnin altıncı turunda Ermənistan üzərində 9:1 hesablı qələbə qazanılan oyunu buraxıb. Bu, ona bu yay keçiriləcək DÇ-2026-nın ilk matçında oynamağa imkan verəcək.







_1764098877.jpg)




