25 Noyabr 2025, 15:05
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqası Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" matçı təxirə salına bilər.
Matc.az xəbər verir ki, bu barədə "Generation Sport" məlumat yayıb.
Neapol şəhərində hava şəraiti pisləşdiyinə görə narıncı xəbərdarlıq elan edilib. Əlverişsiz hava şəraiti səbəbindən qarşılaşmanın təxirə salınma ehtimalı var. Hazırda şəhərdə məktəblər və açıq havadakı idman qurğuları bağlıdır.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşünün bu gecə Bakı vaxtı ilə saat 00:00-da keçirilməsi planlaşdırılır.




_1764086673.jpg)





_1764076315.jpg)

