“Barselona”nın futbolçusu Rafinya UEFA Çempionlar Liqasının cari mövsümündə “blauqrana”nın hədəfləri haqda danışıb.

Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, braziliyalı vinger məqsədlərinin turnirin qalibi olmaq olduğunu bildirib:

“Kubok uğrunda mübarizə? Mən həmişə demişəm, əgər “Barselona”da çıxış edirsənsə, əsas məqsəd hər zaman Çempionlar Liqasını qazanmaqdır”.

İspaniya çempionu turnirdə 4 turdan sonra 7 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasında növbəti oyununu bu gün səfərdə “Çelsi”yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest