"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın aparıcı oyunçularından olan Fil Foden haqda danışıb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 25 yaşlı vingerin karyerasınının sonuna kimi komandada qalmasını istədiyini bildirib:

"Ümid edirəm ki, Foden bütün karyerası boyu klubda qala biləcək. O, xüsusi futbolçudur, akademiya illərindən bəri "Mançester Siti"nin azarkeşidir, bunda heç bir şübhə yoxdur. Kapitanlıq məsələsinə gəlincə, əgər o, kapitan olmaq istəsə, belə də olacaq. Meydanda həmişə lider olub. Fil paltardəyişmə otağında çox danışanlardan deyil. Amma meydanda heç vaxt arxa plana çəkilmir. O, ilk gündən üzərinə məsuliyyət götürüb, meydanda inanılmaz xarizmaya malikdir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest