09 Yanvar 2026, 16:59
FUTBOL
"Vilyarreal"ın futbolçusu Daniel Parexo karyerasını bitirməyə hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçinin klubla müqaviləsi yayda başa çatır. 36 yaşlı futbolçu bundan sonra peşəkar karyerasını başa vuracaq. Təcrübəli oyunçu məşqçilik kursuna qatılmağı planlaşdırır.
Qeyd edək ki, Daniel Parexo "Real"ın yetirməsidir. O, karyerası ərzində QPR (Şotlandiya) və "Valensiya"nın da formasını geyinib. Parexo İspaniya millisinin heyətində 4 oyun keçirib.












