PSJ cinah oyunçusu Usman Dembeleyə ildə 30 milyon avro dəyərində yeni müqavilə təklif edib. Lakin təklif rədd edildi, çünki 2025-ci il "Qızıl top" mükafatının sahibi bundan ikiqat artıq məbləğ tələb edir.

Matc.az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda 2028-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaqdan uzaqdırlar.

28 yaşlı hücumçu 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Bu müddət ərzində Dembele bütün yarışlarda 111 oyunda meydana çıxıb, 47 qol vurub və 34 məhsuldar ötürmə edib. "Transfermarkt"da onun dəyəri 100 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest