"Fənərbaxça"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Everton" mərakeşli futbolçunu heyətinə qatmaq istəyir. Artıq klublar arasında danışıqlar başlayıb. İngiltərə təmsilçisinin ilkin planı 28 yaşlı forvardı icarəyə götürməkdir.

Qeyed edək ki, Yussef En-Nesiri bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest