İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, hücumçu Niklas Füllkruq sıradan çıxıb. Bu barədə "Corriere della Sera" nəşri məlumat yayıb.

Almaniyalı forvarda ayaq barmağının qismən sınığı diaqnozu qoyulub. Onun ən azı iki həftə oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Milan" Niklas Füllkruqu yanvarın 2-də "Vest Hem"dən icarəyə götürüb. 32 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində 3 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest