22 Yanvar 2026, 12:12
FUTBOL
Fiorentina" heyətini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Florensiya təmsilçisi "Bolonya"dan Covanni Fabbianı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna qədər "Fiorentina"nın formasını geyinəcək.
Qeyd edək ki, Covanni Fabbian mövsümün ilk yarısında "Bolonya"nın heyətində keçirdiyi 21 oyunda 2 qol vurub.












