22 Yanvar 2026, 10:21
FUTBOL
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turunun oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Liverpul" səfərdə "Marsel"in qonağı olub. Qarşılaşma İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Liverpul" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 9 xalı olan "Marsel" isə 19-cu yerdədir.
"Marsel" - "Liverpul" Dominik Soboslay, 45+1, Xeronimo Rulyi, 72 (avtoqol), Kodi Qakpo, 90+3












