22 Yanvar 2026, 01:20
FUTBOL
Bəhlul Mustafazadə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin VII turunda "Qarabağ" evdə Almaniyanın "Ayntraxt" klubunu qəbul edib.
Matc.az xəbər verir ki, Ağdam klubu rəqibini 3:2 hesabı ilə məğlub edib.
"Qarabağ"ın heyətində Kamillo Duran dubla imza atıb və matçın ən yaxşı oyunçusu seçilib.
Təmsilçimizə qələbə qazandıran qolu isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Bununla da o, Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.











