"Trabzonspor"un hücumçusu Danilo Sikan karyerasını Belçikada davam etdirəcək.

Matc.az xəbər verir ki, Super Liqa nəhəngi ukraynalı hücumçunu "Anderlext"ə satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə klubu 24 yaşlı forvardın satışından 4 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, Danilo Sikan bu mövsüm "Trabzonspor"un heyətində keçirdiyi 16 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest