22 Yanvar 2026, 18:10
FUTBOL
"Tottenhem"in müdafiəçisi Miki van de Ven Avropanın böyük klublarının transfer siyahısında yer alıb.
Matc.az xəbər verir ki, "Mançester Yunayted", "Liverpul", "Real" və "Bavariya" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Klubu van de Venin qiymətini müəyyənləşdirib. London təmsilçisi mərkəz müdafiəçisi üçün 100 milyon avro təyin edəcək.24 yaşlı oyunçu kuboklar qazana biləcəyi bir kluba keçmək istəyir.
Qeyd edək ki, Miki van de Ven bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 29 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.







_1769100499.jpg)




_1769095184.png)