22 Yanvar 2026, 20:47
FUTBOL
"Yuventus" hücum xəttinə yeni oyunçu transfer edib.
Matc.az xəbər verir ki, Turin təmsilçisi C Seriyasında mübarizə aparan "Triestina"dan Teoman Gündüzü transfer edib. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.
Türkiyə U-19 millisinin sabiq üzvü bu mövsümü "Yuventus"un ikinci komandasında keçirəcək. 21 yaşlı hücumameyilli yarımmüdafiəçi yayda əsas komandaya qoşulacaq.
Qeyd edək ki, Teoman Gündüz bu mövsüm "Triestina"nın heyətində keçirdiyi 19 oyunda 6 qol vurub, 4 qol ötürməsi edib.




.jpg (1)_1769115235.jpeg)







