Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Real" ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Mourinyonun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub. Müqavilə artıq imzalanıb və hazırda qüvvədədir. Mourinyonun Madridə gələn həftə gedəcəyi bildirilir.

Qeyd edək ki, Joze Mourinyo "Real"ı 2010-cu ilin iyulundan 2013-cü ilin iyun ayına qədər idarə edib. Portuqaliyalı məşqçi "Real"dan ayrıldıqdan sonra "Çelsi", "Mançester Yunayted", "Tottenhem", "Roma", "Fənərbaxça" və "Benfika"da çalışıb. 2025/2026 mövsümündə onun komandası Portuqaliya çempionatında 23 qələbə qazanıb, 11 heç-heçə edib, heç bir oyunda məğlub olmayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest