20 May 2026, 16:40
FUTBOL
"Vilyarreal" müdafiəçi Alfonso Pedrasanın mövcud müqaviləsinin başa çatmasından sonra komandadan ayrılacağını rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iyunun 30-da müddəti bitəcək sözləşməni yeniləməyəcəklər.
Pedrasa "Vilyarreal"ın yetirməsidir. O, "Luqo", "Lids Yunayted", "Alaves" və "Betis"dəki icarə dövrləri istisna olmaqla, 2015-ci ildən bəri əsas komandada çıxış edir.
30 yaşlı sol cinah müdafiəçisi "sarı sualtı qayıq" forması ilə bütün turnirlərdə ümumilikdə 234 oyuna çıxıb, 13 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb.


_1779296332.jpg)










