"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro "İnter Mayami"yə keçmək üçün danışıqların son mərhələsindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrsio Romano paylaşıb.

Bildirilir ki, Kazemironun azad agent kimi transferi Premyer Liqanın son turundan sonra başa çatacağı gözlənilir.

Qeyd edək ki, Kazemiro 2022-ci ildə "Real"dan "Mançester Yunayted"ə keçib. Bu mövsüm Kazemiro "qırmızı şeytanlar"ın heyətində 35 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest