"Lion"un baş məşqçisi Paulo Fonseka komandada gələcəyi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, o, mövsümün sonunda Fransa klubundan ayrılmaq planının olmadığını bildirib.

"Müqaviləmdə 1 il qalıb. Bu vəziyyətdən narahat deyiləm. Vaxtımız var, qalıram.

Klubun 9 aylıq cəza müddətimdə mənim üçün etdiklərini unuda bilmirəm. Çətin ki, bubdab daha böyük dəstək ala bilərdim.

"Lion"u bəzən müvəqqəti çətinliklərlə üzləşsə də, əla klub hesab edirəm. "Lion" üçün böyük ambisiyalarım var. Ən əsası, gələn mövsüm daha rəqabətli olmaq. Buna nail ola bilərik", - Fonseka açıqlamasında deyib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında, ikinci mövsümündə "Lion" Fransa çempionatında dördüncü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest