"Napoli" mövsümün sonunda heyətini özbək futbolçu ilə gücləndirmək istəyir. 

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Tuttosport" paylaşıb.

Bildirilir ki, İtaliya çempionu "Başakşehir"də oynayan Abbosbek Fayzullayevin keçidini həll etməyə çalışır.

22 yaşlı futbolçu özü də İtaliyaya yollanmağa müsbət yanaşır.

"Paxtakor"un yetirməsi olan Fayzullayev ÇSKA(Moskva) klubunda da oynadıqdan sonra 2025-ci ildə "Başakşehir"ə keçib.

Onun Türkiyə klubu ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest