02 Mart 2026, 12:05
FUTBOL
"Nyukasl"ın müdafiəçisi Tino Livramento Premyer Liqada klubunu dəyişməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Mançester Siti" İngiltərə millisinin üzvünü transfer etmək istəyir. "Şəhərlilər" Livromentonu yayda heyətinə qatmağa çalışacaq. Mançester təmsilçisi 23 yaşlı sağ cinah müdafiəçisi üçün 70 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, Tino Livromento bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 19 oyunda 1 qol ötürməsi edib.












