02 Mart 2026, 12:42
FUTBOL
Cessi Linqard karyerasını Braziliya A Seriyasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə millisinin sabiq üzvü "Korintians"la anlaşıb. 33 yaşlı hücumameyilli yarımmüdafiəçi "ağ-qaralar"la 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Cessi Linqart son olaraq Cənubi Koreyanın "Seul" klubunun formasını geyinib. O, daha əvvəl "Mançester Yunayted", "Brayton" və "Vest Hem"də çıxış edib.












