02 Mart 2026, 12:24
FUTBOL
"Yuventus"un yarımmüdafiəçisi Tyon Kopmeyners yayda komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
"Roma" və "Qalatasaray" Niderland millisinin üzvünü transfer etmək istəyir. Turin təmsilçisi 28 yaşlı futbolçunu 30 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, "Yuventus" Tyon Kopmeynersi 2024-cü ilin yayında "Atalanta"dan 60 milyon avroya transfer edib. Təcrübəli hücumameyilli yarımmüdafiəçi bu mövsüm "ağ-qaralar"ın heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.












