02 Mart 2026, 11:31
FUTBOL
Dortmund "Borussiya"sının heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, komandanın kapitanı Emre Can sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Almaniya millisinin sabiq üzvü Bundesliqanın 24-cü turunun "Bavariya" ilə matçında (2:3) zədələnib. Sol dizinin çarpaz bağları qopan 32 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsində oynaya bilməyəcək.
Qeyd edək ki, Emre Can bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 16 oyunda 3 qol vurub.












