"Barselona" heyətində ciddi itkilər baş verib.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin cinah müdafiəçiləri Jül Kunde ilə Alexandro Balde sıradn çıxıblar.

Hər iki futbolçu İspaniya Kral Kuboku yarımfinal mərhələsinin "Atletiko" ilə cavab matçında zədələnib. Onlara bud əzələsi diaqnozu qoyulub.

Kundenin gələn həftə UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Nyukasl"la ilk qarşılaşmasında iştirak edəcəyi gözlənilir. Baldenin zədəsi isə ciddidir. İspaniyalı sol cinah müdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest