"Milan"ın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, A Seriyası nəhənginin müdafiəçisi Matteo Qabbia sıradan çıxıb.

İtaliyalı futbolçu qasıq nahiyəsindən əməliyyat olunub. 26 yaşlı mərkəz müdafiəçisi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Matteo Qabbia bu mövsüm "Milan"ın heyətində keçirdiyi 25 oyunda qol və ya assistlə yadda qalmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest