04 Mart 2026, 17:16
FUTBOL
"Kalyari" "Beşiktaş"dan icarəyə götürdüyü Semih Kılıçsoyun transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.
A Seriyası təmssilçisi türkiyəli hücumçu üçün 12 milyon avroluq satınalma bəndini işə salacaq. Klub 20 yaşlı forvardın illik 300 min avro təşkil edən maaşını da artıracaq.
Qeyd edək ki, "Cenoa" Semih Kılıçsoyu mövsümün əvvəlində icarəyə götürüb. Gənc futbolçu komandanın heyətində keçirdiyi 23 oyunda 4 qol vurub.









_1772638126.jpg)


